“Əbədiyaşar Liderimiz” mövzusunda inşa - yazı müsabiqəsi

Binəqədi rayon Həsən Cəbrayılov adına 99 nömrəli tam orta məktəbdə Ümummilli lider Heydər Əliyevin anım gününə həsr olunmuş “Əbədiyaşar Liderimiz” mövzusunda inşa-yazı müsabiqəsi keçirilmişdir. Müsabiqənin keçirilməsində əsas məqsəd Ümummilli Lider Heydər Əliyev irsinin və azərbaycançılıq məfkurəsinin yeniyetmə və gənclər arasında geniş təbliğ edilməsi, anım gününün qeyd olunması və istedadların üzə çıxarılması olmuşdur.
Qalib şagirdlər mükafatlandırlıldılar.Onlar Binəqədi rayon Gənclər və İdman İdarəsi və Binəqədi rayon “Gənclər Evi” sosial xidmət müəssisəsinin birgə təşkilatçılığı ilə təşkil etdiyi eyniadlı müsabiqəsinə qatıldı.10-cu sinif şagirdi Aslanova Nəzrin Fərqlənməyə layiq görüldü.