"Sən elə bir zirvəsən" mövzusunda şeir müsabiqəsi

Binəqədi rayon Həsən Cəbrayılov adına nömrəli tam orta məktəbdə - Ümummilli lider Heydər Əliyevin anım gününə həsr olunmuş "Sən elə bir zirvəsən" mövzusunda şeir müsabiqəsi keçirilmişdir.
Müsabiqənin keçirilməsində məqsəd ümummilli lider Heydər Əliyevin anım gününün qeyd olunması, ümummilli lider Heydər Əliyevin irsinin və azərbaycançılıq məfkurəsinin gənclər arasında təbliği, Azərbaycanın tarixində müstəsna xidmətləri olmuş şəxsiyyətlərin gənclər arasında tanıdılması, istedadlı şagirdlərin bədii-qiraət sahəsində öz bacarıqlarını nümayiş etdirmələri üçün şəraitin yaradılmasıdır.
Qalib gəlmiş iştirakçılara müvafiq dərəcəli diplomlar, fərqlənmə və təşəkkürnamələr verilmişdir.
Müsabiqədə qalib olan və fərqlənən iştirakçılar Binəqədi rayon Gənclər və İdman İdarəsi və Binəqədi rayon “Gənclər Evi” sosial xidmət müəssisəsinin birgə təşkilatçılığı ilə təşkil etdiyi eyniadlı müsabiqəsinə qatıldı. 8Ç sinif şagirdi İsrafilova Aydan Fərqlənməyə layiq görüldü.