"Gövdənin daxili qurluşu" mövzusunda açıq dərs

Bu gün Bakı şəhəri, Binəqədi rayonu Həsən Cəbrayılov adına 99 nömrəli tam orta məktəbdə fənn müəllimi Həmidova Məlahətin 6ç sinifində biologiya fənni üzrə açıq dərsi keçirildi. Açıq dərsin dinlənilməsində münsiflər heyəti kimi məktəbin biologiya müəllimləri – Bəyim Xəlilova və Gülnarə Allahverdiyeva iştirak edirdi.
Dərsin mövzusu "Gövdənin daxili qurluşu" idi. Dərsin icmalına uyğun olaraq şagirdlər qrup şəklində bölünərək, verilən sualları düzgün cavablandırır, müstəqil fikirlərini bildirirdilər. Sonda ev tapşırığı və qiymətləndirmə aparıldı.