MONİTORİNQ VƏ QİYMƏTLƏNDİRMƏ

Bu gün Binəqədi rayonu Həsən Cəbrayılov adına 99 nömrəli tam orta məktəbdə Bakı Şəhəri Təhsil İdarəsinin tapşırığına əsasən VI və IX sinif şagirdləri Azərbaycan dili və Ədəbiyyat, Riyaziyyat və Xarici dili (İngilis dili) fənlərindən monitorinq imtahanına cəlb edilmişlər. İmtahan hər fənn üzrə qapalı test tapşırığından ibarət olub. Şagirdlərə ümumilikdə 85 sualın cavablandırılması üçün 150 dəqiqə vaxt verilib. İmtahanda obyektiv nəzarətin təşkili üçün qeyri ixtisas müəllimləri nəzarətçi kimi cəlb edilmişdir.
IX sinif şagirdlərinin monitorinq imtahanlarına cəlb edilməsində əsas məqsəd, Azərbaycan dili və Ədəbiyyat, Riyaziyyat və İngilis dili fənləri üzrə çətinliklərini aşkara çıxarmaq və onların uyğun fənlərə hazırlıq səviyyəsinin yoxlanılmasından ibarətdir.