“ŞUŞA İLİ" çərçivəsində rəsm sərgisi

Azərbaycan Respublikasında 2022-ci ilin “Şuşa İli” elan edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamına uyğun olaraq məktəbimizdə Tədbirlər Planı təsdiq olunub. Tədbirlər Planına əsasən il ərzində "Qarabağın tacı Şuşa" ilə bağlı silsilə tədbirlərin keçirilməsi nəzərdə tutulmuşdur. Belə tədbirlərdən biri də Binəqədi rayonu Həsən Cəbrayılov adına 99 nömrəli tam orta məktəbdə istedadlı şagirdlərin əl işlərindən ibarət rəsm sərgisi olmuşdur. Sərgi məktəbin foyesində nümayiş etdirilmişdir. Sərgi izləyənlər tərəfindən maraqla qarşılanmışdır.Qalib müəlliflər mükafatlandırıldı.

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi