“Uşaq hüquqları aylığı”çərçivəsində dəyirmi masa

Ölkədə uşaq hüquqlarının müdafiəsi, təşviqi, pozulmasının qarşısının alınması, təmin edilməsi vəziyyətinin öyrənilməsi və pozulmuş hüquqların bərpası Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) fəaliyyətinin əsas istiqamətlərindən birini təşkil edir.

 Bu baxımdan, Ombudsman tərəfindən hər il olduğu kimi 2022-ci ildə də Uşaq Hüquqları haqqında Konvensiyanın qəbul edilməsinin ildönümü ərəfəsində 20 oktyabr-20 noyabr tarixləri “Uşaq Hüquqları Aylığı” elan edilir.

 Binəqədi rayonu Həsən Cəbraılov adına 99 nömrəli tam orta məktəbdə “Uşaq hüquqları aylığı”çərçivəsində bir sıra silsilə tədbirlər baş tutdu .Məktəbin kitabxanasında 5”A”sinif şagirdləri ilə “Hüquqlarımızı tanıyaq” adlı dəyirmi masa keçirildi.Məktəbin kitabxana müdiri və psixoloqu şagirdlərə hüquqlarının müdafiəsi haqqında məlumat verdilər.Şagirdlər  Uşaq Hüquqları Konvensiyası, uşaqların yaşamaq, təhsil, inkişaf, müdafiə, tibbi yardım və s. hüquqları haqqında maarifləndirildilər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi