Açıq dərs

Binəqədi rayonu Həsən Cəbrayılov adına 99 nömrəli tam orta məktəbin müəllimi Şahin Şahverdiyevin təşkilatçılığı ilə Zəfər gününə həsr edilmiş “Vətənpərvər Azərbaycan gəncliyi” devizi altında tarix fənni üzrə 8”B” sinfində açıq dərs keçirilib.
İlk növbədə Şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi və Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildi.
Şagirdlər qruplara bölünərək, motivasiya mərhələsində film və slaydlar nümayiş olundu. Daha sonra şagirdlərə açıq dərsin mövzusu təqdim edildi.Tədqiqiat aparılması üçün komandalara tapşırıqlar verildi. Tarix fənninin tədrisi üçün zəruri alət və vasitələrin əyani nümayiş və tətbiq edildiyi dərsdə cavablar dinlənildi.
Açıq dərsdə məktəbin direktoru Ofelya Məmmədova, direktor müavini Kəmalə Ağayeva və tarix müəllimi Sevinc Quliyeva iştirak edirdi. Sonda şagirdlərin verdiyi cavaba əsasən qiymətləndirilmə aparıldı.