Əziz Şuşa, sən azadsan!
2022-ci ilin Azərbaycanda “Şuşa İli” elan edilməsi Şuşanın tarixi keçmişi, bu gününü və gələcəyi ilə bağlı kompleks tədbirlərin həyata keçirilməsi üçün mühüm əhəmiyyətə malikdir. Bu həm də bütün dünyaya bir mesajdır. Dünya Azərbaycanın mədəniyyət paytaxtının əsl sahiblərinə qaytarıldıqdan sonra həyata keçirilən nəhəng layihələrin şahidi olacaqdır.
Şuşa ili bağlı olaraq, Binəqədi rayonu Həsən Cəbrayılov adına 99 nömrəli tam orta məktəbdə “Əziz Şuşa,sən azadsan!”adlı tədbir təqdim olundu. Tədbiri açıq elan edən məktəbin direktoru Ofelya Məmmədova bildirdi ki, ”Qarabağın tacı olan Şuşa xalqımız üçün müqəddəs və əziz məkandır. Şuşa sevgisi hər bir azərbaycanlının mənəvi varlığının ayrılmaz parçasıdır.”
Kompozisiyada şagirdlərin Şuşaya həsr etdikləri divar qəzətləri sərgiləndi. Eyni zamanda rəssam Şəhla İmaməliyevanın Şuşa ilə bağlı rəsmləri nümayiş olundu. 8 “A” sinif şagirdi Quliyev Murad “Şuşanın dağları” mahnısını ifa etdi.