8 Noyabr -Zəfər günü və 9 Noyabr -Bayraq Gününə həsr olunan müsabiqələr

      30 il gözlədiyimiz o möhtəşəm tarixə şahidlik etmək zamanı yetişdi!

8 noyabr 2020-ci il - Qarabağa qovuşduğumuz tarix…
8 noyabr 2020-ci il, Qarabağa qovuşduğumuz tarixi gün. Bu Böyük Qələbə Günüdür! Şanlı tariximizə daxil olan Zəfər günüdür!. Qarabağ münaqişəsinə xalqımızın zəfəri ilə NİDA! qoyduğu gündür.

Binəqədi rayonu Həsən Cəbrayılov adına 99 nömrəli tam orta məktəbdə 8 Noyabr-Zəfər gününə həsr olunan bir sıra məktəbdaxili tədbirlər keçirildi.                                                                   

         “8 noyabr-Zəfər günü” münasibətilə  “Sənə zəfər yaraşır! ”  mövzusunda mahnı müsabiqəsi keçirildi.Müsabiqədə  yalnız vətənpərvərlik mövzusunda yazılmış mahnılar səsləndirildi.8"A” sinif şagirdi Quliyev Murad və 6"A” sinif şagirdi Umudlu Şəhruz məktəbdə I yerə layiq görüldülər. Onlar da Binəqədi rayon Gənclər və İdman İdarəsinin eyni adlı müsabiqəsində də iştirak etdilər.Şagirdlər Diplom və Təşəkkürnamələrlə mükafatlandırıldılar.                                                                 

        “8 noyabr-Zəfər günü” münasibətilə “Zəfərin mübarək, Vətən!” mövzusunda rəsm müsabiqəsi  keçiriləcək.Müsabiqədə  tarixi qələbəmizi əks etdirən rəsmlər çəkildi.11-ci sinif şagirdi Cəfərova Aygünün rəsmi münsiflər tərəfindən bəyənildi və I yerə layiq görüldü.O, Binəqədi rayon Gənclər və İdman İdarəsinin eyni adlı müsabiqəsində isə III yer ilə təltif olundu.

         “9 noyabr-Bayraq günü” münasibətilə  “Mənim üç rəngli şanlı bayrağım” mövzusunda şeir müsabiqəsi keçirildi.Şagirdlər Azərbaycan Dövlət bayrağını vəsf edən   şeirlər söylədilər. Məkəbin 5 “A” sinif şagirdi Bayramova Mələk,7“D” sinif şagirdləri Ərəblinski Duyğu və  İskəndərli Minə qalib oldular.Onlar Binəqədi rayon Gənclər və İdman İdarəsinin eyni adlı müsabiqəsində də iştirak etdilər.Şagirdlər Diplom və Təşəkkürnamələrlə mükafatlandırıldılar.  

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi