Zəfər günün mübarək Azərbaycan!
“Bu gün biz, qəhrəman xalq kimi bu bayramı qeyd edirik”
İlham ƏLİYEV,
Müzəffər Ali Baş Komandan
Bu zəfər tarixi zəfərdir. Azərbaycan xalqı bu günü 30 ilə yaxın müddət ərzində gözləyirdi, 30 ilə yaxın müddət ərzində Ali Baş Komandanın əmrini gözləyirdi.
“Mən dəfələrlə Azərbaycan xalqına müraciət edərkən deyirdim ki, biz daha güclü olmalıyıq və nəyi nə vaxt, necə etmək lazımdır, biz bilirik. Həyat göstərdi ki, vaxtında addımlar atdıq, bütün gücümüzü səfərbər edərək bir dəmir yumruq yaradıb düşmənin başını əzdik. Müharibə dövründə mən deyirdim ki, bizim dəmir yumruğumuz həm birliyimizi, həm də gücümüzü təcəssüm etdirir. Bu dəmir yumruq düşmənin belini qırdı, düşmənin başını əzdi. Bu gün biz qəhrəman xalq kimi bu bayramı qeyd edirik”.
Binəqədi rayonu Həsən Cəbrayılov adına 99 nömrəli tam orta məktəbdə 8 Noyabr-Zəfər gününə həsr olunan “Zəfər günün mübarək Azərbaycan!”adlı ədəbi bədii gecə keçirildi. Tədbir Azərbaycan Respublikasının Dövlət Himnin səslənməsi və ŞƏHİDlərin ruhunun bir dəqiqəlik sükutla yad edilməsi ilə başladı. Məktəb direktoru Ofeliya Məmmədova tədbir iştirakçılarını salamladı. Rəssam Şəhla İmaməliyevanın ŞƏHİDlərə həsr etdiyi şeir hər kəsi göz yaşlarına qərq etdi.Tədbirdə Həzi Aslanov adına Ordu İdeoloji və Mədəniyyət Mərkəzinin Mahnı və Rəqs Ansamblının nümayəndələri, Firudin Bəy Köçərli adına Uşaq Kitabxanasının Binəqədi rayon fililaının nümayəndələri , “Şəhid Anaları” Xeyriyyə Cəmiyyətinin rayon şöbəsinin sədri Yetər Aboyeva və məktəbin Şəhid məzunu Fərid Məhərrəmovun, Şəhid leytenant İmran Əliyevin ailə üzvləri iştirak edirdilər.
Şagirdlər müəllim kollektivi ilə hazırladıqları kompozisiyanı nümayiş etdirdilər. Mahnılar oxuyub, şeirlər söylədilər və videoçarxlar nümayiş olundu. Həzi Aslanov adına Ordu İdeoloji və Mədəniyyət Mərkəzinin Mahnı və Rəqs Ansamblının nümayəndələri isə öz növbəsində hərbi vətənpərvərlik ruhda olan mahnılarını ifa etdilər.
Eyni zamanda məktəbin foyesində rəssam Şəhla İmaməliyevanın əl işləri - muncuqlarla bəzədiyi ŞƏHİD rəsmləri nümayiş olundu. Tədbirdə qonaq qismində dəvət olunan kəsə söz verildi. Hər kəs bu günlə bağlı xatirələrini bölüşdülər. Sonda xatirə şəkli çəkdirildi.