Müstəqilliyin bərpası günü

Bu gün - oktyabrın 18-də Azərbaycanda Dövlət Müstəqilliyinin bərpası günü qeyd olunur.

Tarix dəfələrlə sübut edib ki, müstəqilliyi qoruyub saxlamaq onu qazanmaqdan qat-qat çətindir. Sovetlər Birliyinin süquta uğraması ilə yaranan əlverişli tarixi şərait və taleyin bəxş etdiyi imkan nəticəsində Azərbaycan xalqı XX yüzillikdə ikinci dəfə müstəqillik bayrağını qaldırdı. Bu, xalqımızın siyasi tarixində XX əsrdəki ikinci parlaq qələbəsi idi.

Binəqədi rayonu Həsən Cəbrayılov adına 99 nömrəli tam orta məktəbdə ilk dərslər Azərbaycan tarixinin ən mühüm günlərindən biri “18 oktyabr - müstəqilliyin bərpası günü”nə həsr edildi. Məktəbin akt zalında bu əlamətdar gün ilə bağlı tədbir keçirildi. Azərbaycan Respublikasının Dövlət Himni ilə başlanan tədbirdə məktəbin tarix müəllimi Şahin Haqverdiyev müstəqillik gününün tarixi ilə bağlı şagirdlərimizə ətraflı məlumat verdi. Onları maraqlandıran sualları cavablandırdı. Şagirdlər bu günə aid video slaydlar izlədilər, “Vətən” haqqında şeirlər söyləyib, mahnılar ifa etdilər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi