Müəllim günü

Oktyabrın 5-i Beynəlxalq Müəllimlər Günüdür. Bu əlamətdar gün hər il ölkəmizdə böyük təntənə ilə qeyd edilir.
Bu bayramın keçirilməsi ilə bağlı sərəncamı ulu öndər Heydər Əliyev vermişdir. Müəllim peşəsini yüksək qiymətləndirən ümummilli lider Heydər Əliyev deyirdi: “Mən yer üzündə müəllimdən yüksək ad tanımıram. Həyatını müəllimliyə həsr edən insanlar həqiqətən fədakar, xalqına, millətinə sədaqətli və eyni zamanda qəhrəmanlıq göstərən insanlardır. Hər birimizdə müəllimin hərarətli qəlbinin bir zərrəciyi vardır. Məhz müəllim doğma yurdumuzu sevməyi, hamının rifahı naminə vicdanla işləməyi müdrikliklə, səbirlə bizə öyrətmiş və öyrədir. Hər birimizin öz müəllimi vardır və biz bütün ömrümüz boyu onun xatirəsini hörmətlə, minnətdarlıqla qəlbimizdə yaşadırıq”.
Binəqədi rayonu Həsən Cəbrayılov adına 99 nömrəli tam orta məktəbdə Beynəlxalq Müəllimlər Günü ilə əlaqədar olaraq, müəllimlərin əmək fəaliyyətini qiymətləndirmək məqsədilə təltifetmə mərasimi keçirildi.
İlk növbədə məktəb direktoru Ofelya Məmmədova pedaqoji heyəti bu gün münasibətilə təbrik etdi, onlara fəaliyyətlərində uğurlar arzuladı.
İbtiai sinif müəllimləri – Hicran Hacıyeva, Mətanət Məmmədova, Səmayə Hümbətova və Samirə Süleymanova müəllimlərin sertfikasiya imtahanında məktəb üzrə ən yüksək nəticə göstərdiklərinə görə diplom və hədiyyələrlə təltif olundular.
Ötən tədris ilində rəhbəri olduğu 11B sinfində bütün şagirdlərin ali məktəbə qəbul olduqlarına görə məktəbin riyaziyyat müəllimi Cavadova Arzu da “İlin müəllimi” diplomuna layiq görüldü.
|
|