BİLİK GÜNÜ

Tarix boyu elmə, biliyə yiyələnmək və onu tədris etmək şərəfli iş hesab olunub. İslama görə elm öyrənmək Allaha ibadət qədər əhəmiyyətlidir. Bu haqda Məhəmməd Peyğəmbərin (s.) və onun bir çox səhalələrinin hikmətli sözləri və hədisləri vardır. İslam tarixində öz şərəfli yeri olan, dərin bilik və ağıl sahibi Həzrəti Əli müəllimə dəyər verərkən "Mənə bir hərf öyrədənin köləsi olaram " demişdi.

Xalqımız elmi, biliyi yüksək qiymətləndirmiş, öz övladlarının savadlanması üçün əllərindən gələn səyi əsirgəməmişdir. Azərbaycan elminin tarixində Nəsirəddin TusiBəhmənyarAbbasqulu Ağa BakıxanovMirzə Kazım bəyYusif Məmmədəliyev kimi yüzlərlə alim və filosovlar olmuşdur ki, onlar dünya elminin inkişafına öz töhfələrini vermişlər.

Ölkəmizdə Bilik günü məktəblərdə dərslərin başladığı gün qeyd edilir. 2004-cü ilə qədər həmin gün sentyabrın 1-nə təsadüf edirdi. Lakin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 21 avqust 2004-cü il tarixli fərmanı ilə ölkəmizin bütün təhsil müəssisələrində dərslərin sentyabrın 15-dən başlanması qərara alınmış, beləliklə, həmin gün “Bilik Günü” elan edilmişdir.

15 sentyabr Binəqədi rayonu Həsən Cəbrayılov adına 99 nörəli tam orta məktəbdə də yeni tədris ilinin başlanması ilə əlaqədar tədbir keçirildi. Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başladı. Məktəbin direktoru Ofelya Məmmədova ilk öncə məktəbin şagird və müəllim kollektivini yeni dərs ilinin başlanması münasibətilə təbrik etdi və onlara uğurlar arzuladı. Ofelya xanım öz çıxışında Vətən müharibəsindən danışdı və onlara Allahdan rəhmət dilədi. Vətən uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiləlik sükutla yad edildi.

Məktəbimizdə ilk dərslər “Qarabağ Azərbaycandır!” mövzusna həsr olundu.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi