İlin yekunlarına həsr olunan pedaqoji şura

Binəqədi rayonu Həsən Cəbrayılov adına 99 nömrəli tam orta məktəbdə tədris ilinin yekunlarına həsr olunan növbəti pedaqoji iclas keçirildi. İclasda bir sıra məsələlər ön plana çəkildi. Məktəb rəhbərliyinə təqdim olunmuş hesabatlar müzakirə olundu.

2021-2022-ci tədris ilində məktəbi 71 məzun bitirmişdir. Onlardan 600 baldan yuxarı iki məzun -11B sinif şagirdi Məmmədov Ömər Nahid oğlu-616 bal, 11Ç sinif şagirdi Nəsirli Aişə Rüstəm qızı-670 bal, 500 baldan yuxarı 4 nəfər 11A sinif şagirdi Abbaslı Mehrin Ceyhun qızı-544, 11B sinif şagirdi Hüseynli Aytən Emin qızı-539 bal, 11B sinif şagirdi İsmayılova Gültac Allahqulu qızı-533 bal, 11B sinif şagirdi Həsənli Həmid Allahverdi oğlu-528 bal toplamışdır. 10 nəfər şagird isə 400 baldan yuxarı nəticə göstərmişdir. 2 nəfər məzun - 11B sinif şagirdi Süleymanova Validə və 11Ç sinif şagirdi fərqlənmə attestatına layiq görülmüşdür.

IX siniflər üzrə isə şagirdlərin fənnlər üzrə göstərdiyi nəticələr müzakirə olundu. Kəmiyyət və keyfiyyət faizləri nəzərə çatdırıldı. Bunlarla bağlı olaraq fənn müəllimlərinə müvafiq tapşırıqlar verildi.

Gündəlikdə duran məsələlərdən biri də yay məktəbinin təşkili oldu. Zəif nəticə göstərən şagirdlərin yay məktəbinə mütləq şəkildə qatılmalı olduğu bildirildi. Müəllimlərə yay məktəbinin təşkili ilə bağlı müvafiq tövsiyələr verildi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi