“Yay məktəbi” davam edir

Məktəblilərin yay tətili günlərinin səmərəli, maraqlı və əyləncəli keçməsi məqsədilə Bakı şəhəri Binəqədi rayonu Həsən Cəbrayılov adına 99 nömrəli tam ortab məktəbdə “Yay məktəbi” davam edir.
Azərbaycan Respublikası təhsil nazirinin verdiyi əmrə əsasən, ödənişsiz qaydada təşkil olunan “Yay məktəbi” zamanı şagird üçün əyləncəli saatların təşkil edilməsi, məktəbin həyətyanı sahəsində təşkil olunmuş bostan bitkilərinə qulluq, rəqəmsal informatika dərslərinin keçirilməsi həyata keçirilib.