Bitkiləri sevək, təbiəti qoruyaq

Yaşadığımız dünya, bizi əhatə edən maddi aləm son dərəcə gözəl, zəngin və rəngarəngdir. Bu ətraf aləm təbiət adlanır. Əslində biz özümüz də bu təbiətin bir zərrəsiyik, onun tərkib hissəsiyik. Təbiət bizim hamımızın anasıdır.
Bizim yaşadığımız dünya çox gözəldir. O həm də əsrarəngız və maraqlıdır. Biz zəngin və füsunkar bitkilər aləminin, vəhşı heyvanlardan tutmuş ən xırda həşəratlara qədər saysız-hesabsız canlıların əhatəsindəyik. Əslində Yer kürəsi adlandırdığımız planetin məzmunu da elə ən şüurlu və ən ali varlıqlar olan biz insanlarla bizi əhatə edən təbiətin harmoniyasındadır. Dünyamızın sabahı, gələcəyi bu vəhdətdən və bu vəhdətin əzəli və əbədi tarazlığından asılıdır. Bu harmoniyanın, bu tarazlığın pozulması dünyanı fəlakətə sürükləyə bilər, bütün bəşəriyyəti, dünyanı məhv edə bilər. Ona görə də bu insanlar təbiətə qayğı və məhəbbətlə yanaşmalı, planetimizin bitki örtüyünü - onun florasını və canlılar aləmini - onun faunasını qorumalıyıq.

Binəqədi rayonu Həsən Cəbrayılov adıma 99 nömrəli tam orta məktəbin texnalogiya müəllimi Rübabə Məmmədovanın təşkilatçılığı ilə 6 “E” sinif şagirdləri texnalogiya dərsində “Bitkiləri sevək, təbiəti qoruyaq” devizi altında otaq bitkilərinə qulluq göstərdilər. Dibçəkdəki güllərin torpaqını yumşaldaraq, yerlərini dəyişdilər. Uşaqlar toplanmış taxta parçalarıından “cik-cik” səsləri ilə təbiətə gözəllik verən quşlara yuva düzətdilər.

Sonda Rübabə müəllimə şagirdlərə təşəkkür edərək, bildirdi: - əziz şagirdlər, təbiəti qorumaq bizim sağlamlığımız üçün cox önəmlidir. Gəlin, hər zaman təbiəti sevək və onu qoruyaq. Biz təbiətin kiçik bir parçasıyıq. Bizim sağlamlığımız onunla bağlıdır.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi