“Valideynin Məktəbdə bir günü”

H.Cəbrayılov adına 99 nömrəli tam orta məktəbdə “Valideynin Məktəbdə bir günü” adlı layihə həyata keçirildi. Layihənin keçirilməsində məqsəd valideynləri övladlarının təhsil aldığı məktəblə yaxından tanış etmək və eyni zamanda valideynlərlə məktəbin pedaqoji, texniki işçi heyəti arasındakı ünsiyyəti daha da inkişaf etdirmək idi. Proqrama uyğun olaraq, məktəbin direktoru Ofelya Məmmədova valideyn iclalarının keçirilməsini sinif rəhbərlərinə tapşırdı.

Keçirilən valideyn iclaslarında məktəb haqqında ümumi məlumat verildi. Məktəbdə keçirilmiş müxtəlif tədbirlər, məktəbdaxili müsabiqələr, ayrı-ayrı fənlər üzrə “Bilik yarış”ları, fənn aylıqları, şagirdlərin təlim nəticələri barədə valideynlər məlumatlandırıldı.

Valideynlər məktəb kitabxanası, sinif otaqları, idman zalı, laboratoriyalar, informatika kabineti, məktəb bufeti, məktəbin istedadlı şagirdlərinin əl işləri ümumilikdə məktəb mühiti ilə yaxından tanış oldular. Sonra valideynlər ayrı-ayrı fənn müəllimlərinin dərslərində iştirak etdilər.

Layihə “ məktəb-valideyn münasibətləri şagirdlərin nailiyyətlərinə və məktəbdə təhsilin keyfiyyətinə təsir edən amil kimi” mövzusunda seminar keçirilməklə davam etdirildi.

Məktəbin prioritet fəaliyyət istiqamətlərinin müəyyənləşdirilməsi və müvafiq istiqamətlər üzrə planlaşdırılan tədbirlərin fəaliyyət planlarında öz əksini tapması, ictimai hesabatlığın təmin edilməsi məqsədi ilə valideynlərin rəy və təklifləri əldə edildi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi