EKO Park - Zirə Mədəniyyət Mərkəzi

Heydər Əliyev Fondunun yeni layihəsi olan Zirə Mədəniyyət Mərkəzi və Eko-Parkı Zirə qəsəbəsində Bakı-Pirallahı yolu üzərində inşa edilib.Binəqədi rayonu Həsən Cəbrayılov adına 99 nömrəli tam orta məktəbin 8C sinif şagirdləri Səadət Salmanovanın təşkilatçılığı ilə Zirə Mədəniyyət mərkəzinə səfər etdilər.Şagirdlər   salınmış xüsusi yaşıllıq zolaqları , dekorativ şam, kin-konq, şabalıd, mavi sərv, leylandra və leylandra koldreks, lisidium, sürünən küknar kolları və qızıl gül, qavra, lavanda, yaşıl taflan, çobanyastığı, qartopu, çin qızılgülü, ətirşah, payız gülü kimi bəzək gülləri, növbənöv sarmaşıqlarilə tanış oldular. Daş palıd zolağı və çinar zolağı xüsusilə seçilir. Ərazidə, həmçinin ərik, alma, armud, heyva, gilas, gavalı, alça, xurma, badam, əzgil, tut, qoz, əncir, nar, feyxoa, narıngi, limon, portağal və zeytun ağaclarından bağ salınıb.Şagirdlərə ağaclara necə qulluq etmək,onların həyatımızda hansı əhəmiyyətə malik olmaları haqqında məlumatlar verildi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi