Tarix və incəsənət muzeyində bir gün

Ölkəmizdə muzey işi qədim dövrlərdən başlayaraq özünəməxsus yol keçmişdir. Azərbaycan hökmdarlarının saraylarında, məbədlərdə, həmçinin digər tikililərdə mədəniyyət tariximizin ən müxtəlif dövrlərinə aid qiymətli əşyalar və sənət nümunələri mühafizə edilmişdir. Tarixi və bədii əhəmiyyət kəsb edən eksponatların mühüm bir qismi sonrakı dövrlərdə əsas etibarı ilə şəxsi kolleksiyalarda toplanmışdır.Eyni zamanda tarixən regionda baş vermiş qeosiyasi hadisələr nəticəsində Azərbaycan mədəniyyətinin, elminin, incəsənətinin unikal nümunələri yüksək estetik dəyərə malik əsil sənət möcüzələri kimi dünyanın ən məşhur muzeylərinin daimi eksponatları sırasında yer almışdır.
Beynəlxalq muzeylər günü ilə əlaqədar olaraq,məktəbin 6 D sinif şagirdləri Tahirə Bayramovanın təşkilatçılığı ilə Azərbaycan Tarix və İncəsənət muzeyinə baş çəkdilər.Şagirdlər Tarix müəllimi Tahirə Bayramovanın bələdçiliyi ilə Muzeyin tarixçəsi, Muzeyin ekspozisiyası, Zəngin ekspozisiya zalları , Avropa zalı ilə tanış oldular.Onlar eyni zamanda dahi milyonçumuz Hacı Zeynalabdin Tağıyevin ev muzeyinə də səfər etdilər.
6 D sinif şagirdləri Azərbaycan Milli İncəsənət Muzeyi ilə tanış oldular. Azərbaycan İncəsənət Muzeyi— Azərbaycanın ən böyük incəsənət muzeyidir və muzeydə on yeddi mindən çox eksponat saxlanılır.1936-cı ildə əsası qoyulmuş muzey, 1943-cü ildən realist teatr-dekorasiya sənətinin yaradıcılarından biri Rüstəm Mustafayevin adını daşıyır.Hal-hazırda muzey, Bakıda XIX əsrdə inşa edilmiş iki yanaşı tarixi binada - "De Burun sarayı" və "Mariinski Qadın Gimnaziyası" binasında yerləşir. Muzeydə Qədim Şərq və Azərbaycan, Rusiya və Qərbi Avropa incəsənətinin müxtəlif dövrlərini əhatə edən incəsənət əsərləri nümayiş etdirilir.
Muzeylər ilə tanış olan şagirdlər sonda xatirə şəkli çəkdirdilər.