“Ümummilli lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünə həsr olunmuş müsabiqələr”

“Ümummilli lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünə həsr olunmuş  müsabiqələr”

Ulu öndər Heydər Əliyevin 99-cu ildönümünə həsr olunmuş Binəqədi rayonu Həsən Cəbraılov adına 99 nömrəli tam orta məktəbdə “Azərbaycan Səninlədir, Sənsiz deyil” adlı yaradıcılıq festivalı baş tutdu.

Festival orta ümumtəhsil məktəblərinin şagirdləri arasında müxtəlif nominasiyalar: ədəbi-bədii layihələr - bədii qiraət, müəllif şeiri, milli rəqs, musiqi (ifaçılıq, çalğı alətləri) - üzrə keçirildi.Bununla yanaşı,Ümummilli lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünə həsr olunmuş “Heydər Əliyev müasir Azərbaycan dövlətinin qurucusudur” mövzusunda məktəbin şagirdləri arasında inşa-yazı müsabiqəsi keçirilmişdir.

Müsabiqənin keçirilməsində əsas məqsəd Ümummilli lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünün qeyd olunması, böyüməkdə olan gənc nəsil arasında Heydər Əliyev irsini təbliğ etmək və istedadlı şagirdlərin üzə çıxarılması olmuşdur.Bütün istiqamətlər üzrə məktəbdaxili turda qalib olan şagirdlər Binəqədi Rayon İcra Hakimiyyəti, Binəqədi Rayon Gənclər və İdman İdarəsi və Binəqədi Gənclər Evi sosial xidmət müəssisəsinin birgə təşkilatçılığı təşkil olunan eyniadlı müsabiqəyə göndərildi.Şagirlər təşəkkürnamə və təltifnamə ilə mükafatlandırıldılar.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi