“Ailəm və məktəbim layihəsi”

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin 18.04.2022-ci il tarixli F - 145 nömrəli əmrinə əsasən “Ailəm və məktəb “ layihəsinin keçirilməsi məqsədi ilə Binəqədi rayonu Həsən Cəbrayılov adına 99 nömrəli tam orta məktəbdə valideynlər məktəbin bufeti ilə tanış oldular.Valideynlər məktəbdə şagirdlərə satılan ərzaq məhsulları, bufetin təmiz və səliqəli saxlanması ilə maraqlandılar. Valideynləri maraqlandıran sualları bufet işçiləri cavablandırdı.

Valideynlərin dərs prosesinin izlənməsi məqsədi ilə idman zalı ilə tanış oldular. Məktəbin fiziki tərbiyə müəllimləri dərs zamanı uşaqların soyunub-geyinmə otaqlarını valideynlərə göstərərək məlumat verdilər. Valideynlər fiziki tərbiyə dərsində müəllimlərin tədrisi zamanı şagirdlərin hazırlıq vəziyyəti ilə tanış oldular.

Məktəb ilə tanışlıqdan sonra valideynlərin təklif və fikirlərinin öyrənilməsi üçün anket sorğusu keçirildi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi