Məktəb psixoloqunun valideynlər və şagirdlərlə görüşü

Valideyn övladının təhsil prosesinə cəlb olunduğu zaman, şagirdin daha yüksək akademik davamiyyəti, həmçinin imtahanlarda və testlərdə daha yaxşı nəticəsi olur. Eyni zamanda, fəallıq göstəriciləri yaxşılaşır, şagirdin sosial bacarıqları inkişaf edir, onun hərəkətləri həm evdə, həm də məktəbdə pozitiv olur. Bunlar, şagirdlərə həm məktəbdə tədris müddətində, həm də gələcək iş fəaliyyəti prosesində təsir göstərən ən əhəmiyyətli amillərdir.

Valideyini təhsil prosesinə cəlb edilmiş şagird, məktəbi daha uğurla bitirir, onun təhsilini davam etdirməsi üçün daha yaxşı imkanları və şərtləri olur. Statistik məlumatlara əsasən, əgər valideynin müəllimlərlə əlaqəsi yoxdursa və o, məktəbdə baş verən hadisələrlə maraqlanmırsa, onun uşağının akademik göstəriciləri başqa uşaqların akademik göstəricilərindən daha aşağı olur. Valideynlərin məktəb həyatına cəlb olunduqları zaman, şagirdlər məktəbə qarşı daha xoş münasibət bəsləyirlər və onların özlərinə və imkanlarına olan inancları daha yüksəkdir.

Binəqədi rayonu Həsən Cəbrayılov adına 99 nömrəli tam orta məktəbdə də valideynlə məktəb arasında sıx-sıx təmaslar olur, məktəb psixoloqu tərəfindən onların fikirləri dinlənilir.

Bu gün psixoloq Zeynalova Güldərən məktəbin aşağı sinif şagirdləri (V, VI və VII) ilə təlimatlandırıcı görüşlər təşkil edərək,  “Təhsil aldığın məktəbi gələcəkdə necə görmək istəyərsən” adlı anket sorğusu keçirdi. Şagirdlərə öz fikirlərini ağ kağıza yazaraq, məktəbin foyesində qoyulmuş “Təklif və iradlarınız” adlı qutuya yerləşdirməsini bildirdi.

Daha sonra Güldərən Zeynalova məktəbin 7“C” sinfinin valideynləri görüş təşkil edərək, onlarla təlimatlandırıcı söhbətlər apararaq, valideynlərin də təklif və iradlarını dinlədi.

Şagirdlərimizin təlim-tərbiyəsində, sağlam düşünmələrində, sağlam düşünərək, imtahanlarda yaxşı nəticə əldə etmələrində, məktəblə şagird arasında gözəl abu-hava yaranmasında dəstəkçi olduğunu bildirən Güldərən Zeynalova, - “bu məktəbdə təhsil alan hər bir şagird bizim gələcəyimizdir. Biz gələcəyimizi sağlam düşüncəli, sağlam iradəli və savadlı yetişmələrini görmək arzusundayıq” fikirləri ilə valideynlərlə xüdahafizləşdi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi