“Bilik yarışı”

Binəqədi rayonu Həsən Cəbrayılov adına 99 nömrəli tam orta məktəbdə 8-ci sinif şagirdləri arasında Ümummilli lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünə həsr olunmuş “Heydər Əliyev müasir Azərbaycan dövlətinin qurucusudur” mövzusunda “Bilik yarışı” keçirildi. Şagirdlər “Mübarizlər”, “Vətən”, “Qarabağ”, “Xəzər”, “Yüksələn” kimi müxtəlif komandalara bölünmüşdülər.
Şagirdlərə asan, orta, çətin səviyyələrdə suallar verildi. Yarış 3 turdan ibarət idi.
Sonda 8 C sinfini təmsil edən “Qarabağ komandası” qalib gəldi. Onlar “Bilik yarışı kuboku” ilə tətif olundular.