“İçəri Şəhərə Ekskursiya”

Binəqədi rayonu Həsən Cəbraılov adına 99 nömrəli tam orta məktəbdə şagirdlərin asudə vaxtlarının səmərəli təşkili və dünyagörüşlərinin inkişafı etdirilməsi məqsədilə müntəzəm olaraq ekskursiyalar və uşaq tamaşalarına, muzeylərə gedişlər təşkil olunur.Şagirdlərin şəxsiyyət kimi kamilləşməsi, mənəvi aləminin zənginləşməsi dünyagörüşünün formalaşmasi, tariximizə dərindən bələd olmasında ekskursiyalarin böyük əhəmiyyəti var. Tətil günlərinin səmərəli keçməsi üçün Bəyim müəllimənin təşəbbüsü ilə 7B sinfi Şagirdlər İçərişəhər tarixi abidələri olan Qız qalası , Şirvanşahlar sarayı ilə tanış oldular, bu qədim abidələrin yaranma tarixi və digər məlumatlar haqqında bilgilər əldə etdilər, foto -şəkillər çəkdirdilər.