“Kitabxanada bir gün”

Bakı şəhəri üzrə Təhsil İdarəsinin 18.04.2022-ci il tarixli F - 145 nömrəli əmrinə əsasən “Ailəm və məktəb “ layihəsinin keçirilməsi məqsədi ilə Binəqədi rayonu Həsən Cəbrayılov adına 99 nömrəli tam orta məktəbdə ə valideynlər məktəb kitabxanası ilə tanış oldular. Valideynlər məktəb kitabxanasında kitabxanaçı Kəmalə Rüstəmovanın və 2”D” sinfinin rəhbəri Sevil müəllimin təşkilatçılığı ilə sinif şagirdləri ilə dəyirmi-masa arxasında kitab müzakirəsini izlədilər. Şagirdlər oxuduqları kitablar haqqında müzakirələr etdilər, öz fikirlərini bildirdilər.

Kitab oxumağın şagirdlər üçün faydalı olmağı haqqında valideyinlər disskusiya şəklində müzakirələr etdilər. Valideynləri maraqlandıran suallara məktəbin kitabxana müdiri Həmzəyeva Mahirə xanım cavablandıraraq, kitabxananın şagirdlərin təhsilində, maariflənməsində, daha dünyagörüşlü inkişaf etməsində böyük rolu olduğunu qeyd etdi. Şagirdlər oxuduqları kitablardan kiçik səhnəciklər nümayiş etdirdilər.”Tıq-tıq” xanım nağılı isə tam olaraq şagirdlər tərəfindən ifa olundu.

Məktəb ilə tanışlıqdan sonra valideynlərin təklif və fikirlərinin öyrənilməsi üçün anket sorğusu keçirildi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi