“Təbiətdən incəsənətə” mövzusunda yaradıcılıq işlərinin təqdimatı

Yaşıl layihə: “Təbiəti qoruyanlar”  Bakı Şəhəri üzrə Təhsil İdarəsinin 18.04.2022-ci il tarixli F-138 nömrəli əmrinə əsasən keçirilən yaşıl layihə: “Təbiəti qoruyanlar” adlı layihə təhsilalanların ekoloji maarifləndirilməsi, onların ekoloji biliklərinin və tədqiqatçılıq bacarıqlarının artırılmasını nəzərdə tutur. Bu layihə çərçivəsində  “Təbiətdən incəsənətə” mövzusunda yaradıcılıq işlərinin təqdimatı da təşkil olunur. Şagirdlər bitki, meyvə toxumları, məişət tullantılarından müxtəlif əl işləri hazırlayaraq təqdimat edirlər. Tədqiqatçı şagirdlər tərəfindən bilik və bacarıqlarına uyğun olaraq ətraf mühitin və ekologiyanın mühafizəsi istiqamətində kiçik ölçülü layihələr hazırlanır və həmin layihələrin həyata keçirilməsinə müvafiq dəstək göstərilir.

Şagirdlər texnologiya, həyat bilgisi və təviri incəsənət dərslərində məişət tullantılarından əl işləri hazırlayıb nümayiş etdirirlər. Bununla da onlar vaxtlarını düzgün dəyərləndirməyi, ətrafı az çirkləndirməyi öyrənmiş oldular.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi