“Məktəbli bostan”ın yaradılması

BŞTİ-nin 18.04.2022 -ci il F-138 əmrini rəhbər tutaraq Binəqədi rayonu Həsən Cəbrayılov adına 99 nömrəli tam orta məktəbinin şagirdləri əmrin 2- ci bəndinə uyğun olaraq, məktəb oranjeriyasının yaradılması istiqamətində bir sıra işlər gördülər. Yaradılmış oranjeriyada tərəvəz bitkiləri və dibçək gülləri əkildi. Bununla da şagirdlər məktəb ərazisində kiçik məktəb bostanları salmağa çalışdılar. Əkilən güllər və bitkilərə şagirdlər qulluq edərək onlara hər gün su verirlər.