TƏBİƏTİ QORUYANLAR LAYİHƏSİNİN İCRASI

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin 18.04.2022-ci il tarixli, F-138 nömrəli əmri ilə təsdiqlənmiş Yaşıl layihə: " Təbiəti qoruyanlar" adlı layihənin Tədbirlər Planının 1.1-ci bəndinə əsasən Binəqədi rayonu Həsən Cəbrayılov adına 99 nömrəli tam orta məktəbin şagirdləri fənn müəllimləri ilə birlikdə məktəb həyətini həmişəyaşıl və meyvə ağacları, rəngarəng güllər ilə  yaşıllaşdırdılar. Məktəbdə bu ənənə  mart ayından başlamışdır. İlk öncə məktəbyanı torpaq sahəsi bellənib yumşadıldı. Əkilən hər ağaca bir Şəhidin adı verildi.

Bu layihə məktəbdə tədris olunan biologiya və həyat bilgisi dərslərində inteqrsiya şəklində həyata keçirilir. Şagirdlərə həmçinin canlı olaraq, calaqetmə prosesi də göstərilir. Şagirdlər öz növbəsində əkilən ağaclara qulluq edirlər. Qeyd edək ki, "Təbiəti qoruyanlar" layihəsinin məqsədi təhsilalanların ekoloji maarifləndirilməsi, onların ekoloji biliklərinin və tədqiqatçılıq bacarıqlarının artırılması, təbiət fənlərinin digər fənlərə inteqrasiyasının təşkilidir.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi