“Qadınlar günü”nə həsr edilmiş Dəyirmi-Masa

Hz. Məhəmməd Peyğəmbər (S.A.V.) - "Cənnət anaların ayaqları altındadır" deyib.
...Qadınlarımızı sadəcə bir gün deyil, hər gün sevindirməliyik. Qadınlarımız başımızın tacıdır!!!
8 Mart - iqtisadi, ictimai və siyasi bərabərlik uğrunda mübarizədə qadınların beynəlxalq həmrəylik günüdür. Azərbaycanda bu gün 1917-ci ildə qeyd edilib. Azərbaycan müstəqillik əldə etdikdən sonra da 8 Mart - Beynəlxalq Qadınlar Günü ölkədə qeyri-iş günüdür.
Azərbaycan qadınları Şərqin ilk demokratik respublikası olan Azərbaycan Xalq Cümhuriyyəti dövründə seçib-seçilmək hüququ qazanaraq ölkəmizin ictimai-siyasi həyatında yaxından iştirak etməyə başlamışlar. Sürətlə maariflənən qadınlarımız yüzillərdən bəri formalaşmış milli dəyərlərə sadiq qalmaqla ana dilimizin, mədəniyyətimizin və mənəviyyatımızın ən etibarlı dayağı olmuşlar. Keçmişimizin unudulmaz səhifələrindəki möhkəm iradəyə malik görkəmli qadın şəxsiyyətlərimizin yüksək ləyaqətinin, ağbirçək analarımızın müdrikliyinin daşıyıcıları kimi müasir Azərbaycan xanımları öz dərin zəkaları və tükənməz daxili potensialları ilə bu gün də xalqa və cəmiyyətə fədakarcasına xidmət edirlər.
Bu gün Binəqədi rayonu Həsən Cəbrayılov adına 99 nömrəli tam orta məktəbin tarix müəllimi Sayad Rəfiyev qurucusu olduğu Tarix-Döyarşünaslıq Muzeyində 8 Mart Beynəlxalq Qadınlar Gününə həsr olunmuş Dəyrmi-Masa keçirdi. İlk öncə Sayad müəllim 8 Mart Beynəlxalq Qadınlar Günü münasibətilə başda şəhid və qazi anaları olmaqla, bütün qadınları təbrik etdi. Azərbaycan qadınlarının necə məğrur, qorxmaz olduğunu vurğuladı. Vətənimizin Tomris kimi, Həcər kimi, birinci Qarabağ müharibəsində və 44 günlük Vətən müharibəsində şəhid adına yüksəlmiş Salatın Əsgərova, Arəstə Baxışova kimi kişiqeyrətli qızlarımızın mərdliyindən danışdı, onları qürurla andı.
8 Mart Beynəlxalq Qadınlar Günü münasibətilə "Dünyanın ən gözəl sözüdür ANA" mövzusunda şeir müsabiqəsi keçirildi. Məktəbin 6"C" sinif şagirdi Nəcəfli Finurə, 6"B" sinif şagirdi Salmanzadə İlqarə və 7"D" sinif şagirdi Məmmədzadə Mədinə məktəbdaxili turda qalib gəldi və Binəqədi Gənclər və İdman İdarəsinin eyniadlı müsabiqəsinə göndərildi.
Nəcəfli Finurə II yerə layiq görüldü, digərləri isə "Təşəkkürnamə" ilə təltif olundu.