“1 mart – Ümumdünya Mülki Müdafiə Günü”dür

Beynəlxalq Mülki Müdafiə Təşkilatının qərarı ilə elan olunmuş bu gün hər il kütləvi humanitar tədbir kimi qeyd edilir. Azərbaycan 1993-cü ildə bu nüfuzlu beynəlxalq təşkilata üzv olmuşdur. Beynəlxalq Mülki Müdafiə Günü hər il konkret bir problemə həsr edilir. Bu günün keçirilməsində məqsəd ictimaiyyətin diqqətini bu təşkilatın vacibliyinə və həyati əhəmiyyətinə cəlb etmək, mülki müdafiə işçilərinin isə işini və fədakarlıqlarını lazımınca qiymətləndirməkdir. Əhalinin mühafizəsini, fövqəladə hallardan mühafizə sahəsində əhalinin hazırlığını təmin etmək mülki müdafiə orqanları qarşısında bir nömrəli vəzifə kimi durur.
Bu günlə əlaqədar Binəqədi rayonu Həsən Cəbrayılov adına 99 nömrəli tam orta məktəbin bir neçə sinfində - 5D, 5B və 2Ç bir sıra tədbirlər - açıq dərslər keçirildi. Açıq dərslərdə video-çarxlar, təqdimatlar nümayiş olundu. Şagirdlər hazırladığı divar qəzetlərində baş verən fövqəladə hallar zamanı necə davranılmalı olduqlarını nümayiş etdirdilər. Şagirdlər bir sıra mülki müdafiə əşyaları ilə tanış oldular.