Gələcəyimizi birlikdə düşünək, narkomaniyaya “yox” deyək!

Ötən yüzilliyin bəlalarından sayılan narkomaniya təəssüflər olsun ki, XXI əsrdə də qlobal problemler sırasında qalmaqdadır. Narkomanlığın tarixi çox qədimdir. Hələ eramızdan əvvəl narkotik tərkibli vasitələr haqqında məlumatlara yunan, roma, ərəb alim və həkimlərinin əsərlərində rast gəlinir.
Bu dəhşətli xəstəlik dinindən, dilindən, irqindən, sosial vəziyyətindən və s. asılı olmayaraq hamı üçün eyni dərəcədə təhlükəlidir. O, cinayətkarlığı, zorakılığı və korrupsiyanı yaradır, QİÇS-in sürətlə artmasına təkan verir, sosial-iqtisadi inkişafı ləngidir, ailə və icmaları dağıdır.
Bu böyük bəla ilə hər bir instansiya öz sahəsində bütün variantlardan istifadə etməklə mübarizə aparılmalıdır. İstər maarifləndirmə, istərsə də inzibati qaydada mütəmadi tədbirlər görülməlidir. Çünki bu ağır xəstəlik cəmiyyətin məhvinə yönəlmişdir. Hər hansı bir xəstəliklə həkimlər öz sahələrində müalicə işləri görür, lazım gəldikdə radikal cərrahi üsullara əl atılır. Lakin narkomaniyanı təkcə tibb sahəsı işçilərinin gücü ilə aradan qaldırmaq olmaz. Cəmiyyətin bütün qüvvələri bu bəla ilə mübarizədə birləşməlidirlər.
Bu məqsədlə, Binəqədi rayonu Həsən Cəbrayılov adına 99 nömrəli tam orta məktəbin akt zalında Gələcəyimizi birlikdə düşünək, narkomaniyaya “yox” deyək! adı altında dəyirmi-masa keçirildi. Binəqədi rayonu IV Polis İdarəsinin Yetkinlik yaşına çatmayanlarla işin təşkili bölməsinin rəisi-polis kapitanı Nurlan Axundzadə, Binəqədi rayonu Polis İdarəsinin Yetkinlik yaşına çatmayanlarla işin təşkili bölməsinin inspektoru-polis mayoru E.Əliyev, Binəqədi rayonu Polis İdarəsinin Yetkinlik yaşına çatmayanlarla işin təşkili bölməsinin sahə inspektoru-polis baş leytenantı Elvin Cəfərov məktəbin IX və XI sinif şagirdləri ilə debat təşkil etdi. Şagirdləri maraqlandıran suallar cavablandırıldı.