Pedaqoji Şura

Binəqədi rayon Həsən Cəbrayılov adına 99 nömrəli tam orta məktəbdə 2021-2022-ci tədris ilinin I yarımilinin yekunlarına həsr olunan Pedaqoji Şura keçirildi. Məktəbin direktoru Ofelya Məmmədova iclası açıq elan edərək pedaqoji heyəti salamladı. Direktor müavinləri 2021-2022-ci tədris ilinin birinci yarımilinə dair hesabatları təqdim etdilər. IX siniflərdə aparılan monitorinq müzakirə olunaraq, həmin siniflərdə dərs deyən müəllimlərə tapşırıq verildi ki, şagirdlərlə daha çox çalışsınlar və yaxşı nəticələr əldə olunsun. Dərsə davamiyyət, məktəbdaxili nizam-intizama nəzarətin vəziyyəti də gündəlikdə duran məsələlərdən idi. Məktəb rəhbərliyi hər bir müəllimə öz işinə məsuliyyətlə yanaşmağı tapşırdı. Sonda II yarımilin başlanılması münasibətilə direktor hər kəsi təbrik etdi və uğurlar arzu etdi.