“Kiçik Akademiya”nın tədqiqatçıları

Məktəbdə fəaliyyət göstərən “Kiçik Akademiya” üzvlərinin növbəti təqdimatı keçirilib. Təqdimatda məktəbin direktoru, direktor müavinləri və fənn müəllimləri iştirak ediblər. Məktəbin fizika müəllimi Nərminə Süleymanovanın rəhbərliyi ilə “Kiçik akademiya”nın üzvləri müəyyən tədqiqat işlərini - “İsaak Nyuton”, “π ədədi”, “44-günlük müharibə”, “Şəhidlər ölməz, Vətən bölünməz” adlı yaradıcılıq işlərini nümayiş etdirdilər. Məktəb rəhbərliyi hər bir şagirdə öz təşəkkürünü bildirdi və onlara yaradıcılıq işlərində uğurlar arzuladı. Sonda fənn müəllimləri şagirdlərin araşdırmalarına münasibət bildirərək, “Kiçik Akademiya”nın növbəti təqdimat vaxtını elan etdi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi