MÜƏLLİM ÖMRÜ

Müəllim ömrü yanar şama bənzəyir. Təsadüfi deyil ki, ulu öndər Heydər Əliyev bu barədə söhbət düşəndə həmişə deyirdi ki, “Mən dünyada müəllimdən şərəfli ad tanımıram”. Bu şərəfli adın sahibləri gözlərinin nuru, qəlblərinin hərarəti ilə yetirmələrinin elm və təhsilə uzanan yoluna işıq salır, onların bilikli, savadlı, yaradıcı, Vətənə və cəmiyyətə layiq insan olmalarına zəmin yaradırlar. Gənclər etimadı doğruldanda, həyatda uğurlar qazananda əməyinin bəhrəsini görən müəllimləri bundan zövq alır, mənən gəncləşirlər.

Müəllim təkcə bilik öyrətmir, bəzən qayğıkeş ana, yolgöstərən ata, sirlərimizi bölüşəcəyimiz yaxın dostumuz olur.

Keçdiyimiz həyat yolunda çoxlu insanlarla qarşılaşırıq. Bəzilərini unuduruq yaddaşımızın labirintində, amma elə insanlar var ki, onları xatırlamamaq mümkün deyil. Müəllimlərimiz bizə cəhalətin qaranlığında mayak olan, həyatın enişli-yoxuşlu, bəzən fırtınalı yollarında əlimizdən tutan doğmalarımızdır. Onlar bizim parlaq sabahımızın təməlidir!

Haqqında qürurla, fəxrlə danışmaq istədiyimiz sözün əsl mənasında pedaqoq, gözəl insan, qayğıkeş hərbiçi atası, çox səmimi iş yoldaşı, dürüst, mədəni, saf əqidə sahibi, öz peşəsinə sədaqətlə yanaşan, vətənini canından çox sevən Binəqədi rayonu Həsən Cəbrayılov adına 99 nömrəli tam orta məktəbin tarix müəllimi, o cümlədən, məktəbimizdə Tarix Diyarşünaslıq Muzeyinin yaradıcısı Sayad Rəfiyevdi.

Bu gün Sayad müəllimin 65 yaşı tamam olur. Sayad müəllim ömrünün ən gözəl illərini dərs dediyi şagirdlərinə həsr edib. Bu münasibətlə məktəb rəhbərliyi adından bu qocaman müəllimə can sağlığı, gözəl və mənalı ömür arzulayaraq, "Doğum gününüz mübarək olsun" deyirik!

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi