2 Fevral – Gənclər Günü

1 fevral 1997-ci ildə Respublika Gənclər Forumunun ildönümü münasibətilə gənclərin bir qrupunu qəbul edən Azərbaycan Respublikasının prezidenti Heydər Əliyev “2 Fevral – Azərbaycan Gənclər Gününün elan edilməsi haqqında” Sərəncam imzaladı. Həmin vaxtdan etibarən hər il 2 fevral Azərbaycanda Gənclər Günü kimi təntənəli şəkildə qeyd olunur.

Binəqədi rayonu Həsən Cəbrayılov adına 99 nömrəli tam orta məktəbin 2020-2021-ci tədris ilinin gənc məzunlarından söhbət açmaq istərdik.

Alməmmədov Murad Nofəl oğlu 25.05.2003cü ildə Bakı şəhərində anadan olub. 2010-cu ildə Bakı şəhəri Binəqədi rayonu H.Cabrayılov adına 99nömrəli tam orta məktəbin 1b sinifinə daxil olub. Ümumi və tam  orta təhsilini fərqlənmə attestatı ilə başa vurmuşdu. Təhsil aldığı müddətdə məktəb rəhbərliyinin təşkil etdiyi bütün tədbirlərdə fəal cıxış etmişdi. 2021-ci ildə keçirilən Tarix fənn olimpiadasının qalibi olaraq "DİA"na daxil olmuşdu. Hal-hazırda I kursun əlaçı tələbəsidir.

Zeynallı Xədicə Elnur qızı 29.06.2004-cü ildə Bakı şəhərində anadan olub. 2010-cu ildə Bakı şəhəri Binəqədi rayonu H.Cəbrayılov adına 99 nömrəli tam orta məktəbin 1d sinfinə daxil olub. 2019-cu ildə ümumi orta təhsilini (IX sinifi) fərqlənmə attestatı ilə, 2021-ci ildə isə fərqlənmə attestatlı ilə başa vurmuşdur. Təhsil aldığı  müddətdə müxtəlif yerli və beynəlxalq müsabiqə, olimpiadalarda iştirak edən Xədicə Zeynallı 2020-2021-ci tədris ilində 645 bal toplayaraq Bakı Dövlət Universitetinin Hüquq fakültəsinə qəbul olmuşdur. Hal-hazırda I  kurs tələbəsidir.

Məmmədov Teymur Ruslan oğlu 25.07.2004-cü ildə Bakı şəhərində anadan olub. 2010-cu ildə Bakı şəhəri Binəqədi rayonu H.Cəbrayılov adına 99 nömrəli tam orta məktəbin 1d sinfinə daxil olub. Ümumi və tam orta təhsilini fərqlənmə attestatı ilə başa vurmuşdur. 2021-2022-ci tədris ilində UNEC-in "İnformasiya Texnologiyaları" ixtisasına daxil olmuşdur. Hal-hazırda I kurs tələbəsidir.

Hüseynova Nigar Mahir qızı 27.07.2004-cü ildə Bakı şəhərində anadan olub.2010-cu ildə Bakı şəhəri Binəqədi rayonu H.Cəbrayılov adına 99nömrəli tam orta məktəbin I sinfinə daxil olub. 2021-2022-ci tədris ilində BDU-un "Hüquqşünaslıq" ixtisasına daxil olmuşdur. Hal-hazırda I kurs tələbəsidir.

Məktəbimizin Azərbaycan dili və Ədəbiyyat müəllimi Xələfova Rəhilə 2020-2021-ci tədris ilində rəhbəri olduğu 11A sinfinin bütün şagirdləri ali məktəbə qəbul olmuş və onlardan iki məzun 600-dən yüksək bal toplamışdır.

Biz də 99 nömrəli tam orta məktəbin rəhbəri adından yetişdirdiyimiz bu məzunları “Gənclər Günü” münasibətilə təbrik edir, onlara gələcək həyatlarında uğurlu nailiyyətlər arzulayırıq!

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi