Olimpiada qaliblərimizi siz də tanıyın

Son illər Azərbaycan təhsil sistemində aparılan islahatyönümlü layihələr ölkənin rəqabət qabiliyyətinin güclənməsinə xidmət edən yüksək intellektli, innovativ düşüncəli, tədqiqatçılıq qabiliyyətli gənclərin formalaşmasına münbit zəmin yaradıb. Bu istiqamətdə mühüm addımlardan, şübhəsiz ki, son illərdə ölkəmizdə geniş vüsət almış fənn olimpiadaları, beynəlxalq bilik yarışlarının öz yeri var. 

Təhsil Nazirliyi tərəfindən ölkəmizdə istedadlı uşaqların aşkara çıxarılması, onların bacarıq və qabiliyyətlərinin stimullaşdırılması istiqamətində aparılan məqsədyönlü işlərin nəticəsidir ki, məktəblilərimizin dünyanın mötəbər bilik yarışlarında uğurlu çıxışları davam edir.

Binəqədi rayonu Həsən Cəbrayılov adına 99 nömrəli tam orta məktəbin IX, X və XI sinif şagirdləri Respublika Olimpiadasında iştirak edərək, müxtəlif fənlərdən ibarət olan olimpiada yarışına qatıldılar.

  1. Fərəcova Fidan Bəxtiyar qızı – Tarix 70 bal –  Sinif -11C

  2. Fərəcova Fatimə Bəxtiyar qızı -  Azərbaycan dili və Ədəbiyyat  70 bal – Sinif 9B

  3. İmanova Selcan Vaqif qızı – Azərbaycan dili və Ədəbiyyat  61 bal - Sinif 11C

  4. Süleymanova Validə Rauf qızı – Biologiya  59 bal  - Sinif 11B

  5. Abbaslı Mehrin Ceyhun qızı – Azərbaycan dili və Ədəbiyyat  51 bal – Sinif 11A

  6. İsmayılov Məhərrəm Allahqulu oğlu – Tarix 49 bal  - Sinif 10 A

  7. İsmayılov Məhəmməd Allahqulu oğlu – Coğrafiya 40 bal – 10A

Biz də öz növbəmizdə bu şagirdləri qazandıqları uğurlara görə təbrik edir, “uğurlarınız bol olsun” deyirikl!

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi