“KİÇİK ALİM”lərimizin DOSTLUQ GÖRÜŞÜ

“Kiçik Akademiya” yaradıcılıq və elmi-tədqiqat işlərinə meyil və maraq göstərən, bu sahədə potensial imkanları ilə fərqlənən istedadlı şagirdlərin üzvlüyü əsasında təhsil müəssisələrində yaradılan ictimai birlikdir. Kiçik Akademiyanın fəaliyyəti könüllülük, hüquq bərabərliyi və özünüidarə prinsipləri əsasında qurulur.

Kiçik Akademiya öz fəaliyyətində istedadlı uşaq və gənclərlə iş üzrə direktiv orqanların fərman və sərəncamlarını, Azərbaycan Milli Elmlər Akademiyası Rəyasət Heyətinin, Azərbaycan Respublikası Təhsil Nazirliyinin müvafiq qərar, əmr və sərəncamlarını və bu Əsasnaməni rəhbər tutur.

Binəqədi rayonu Həsən Cəbrayılov adına 99 nömrəli tam orta məktəbdə Kiçik Akademiya 2018-ci ildən fəaliyyət göstərir. Bu müddət ərzində akademiyanın məktəb üzrə rəhbəri Nərminə Süleymanovanın rəhbərliyi ilə “kiçik alim”lərin Bakı şəhəri üzrə bir neçə məktəbində dostluq görüşləri, bilik yarışları təşkil olunmuşdur.

Ötən gün məktəbin Kiçik Akademiya üzvlərinin Bakı şəhəri Binəqədi rayonu E.Sultanov adına 217 nömrəli tam orta məktəbin “Kiçik Akademiya” üzvləri ilə dostluq görüşü keçirildi. Görüşdə şagirdlər araşdırdıqları təqdimatları müzakirə etdilər, maraqlı fikirlər əldə olundu. “Kiçik alim”lər bu dostluq görüşünün çox faydalı olacağını qeyd etdilər.

Görüşü təşkil edən kiçik akademiya rəhbərləri – Səadət Ədilova və Nərminə Süleymanova şagirdlərin layihələrinin uğurlu nəticələrindən razı qaldıqlarını bildirdilər.

Biz də öz növbəmizdə bu dostluq görüşü üçün Binəqədi rayonu E.Sultanov adına 217 nömrəli tam orta məktəbin rəhbərliyinə və məktəbin Kiçik Akademiya rəhbəri Səadət Ədilovaya təşəkkürümüz bildiririk.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi