Doğum günün mübarək, əvəzolunmaz SƏRKƏRDƏ!

Bu gün əvəzolunmaz sərkədə, 44 günlük Vətən müharibəsində millətini, xalqını Qələbəyə doğru aparan, Silahlı Qüvvələrin Ali Baş Komandanı Prezident İlham Əliyevin doğum günüdür.  60 yaşını qeyd edən dövlət başçımız ötən illərdə hər kəsə örnək ola biləcək, olduqca zəngin və mənalı bir həyat yolu keçmişdir.

Məhz, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Ordusu 2020-ci il sentyabrın 27-dən başlayaraq 44 gün ərzində Azərbaycan ərazilərini erməni işğalçılarından azad edib. 30 ildən sonra işğaldan azad edilmiş torpaqlarımızda indi üçrəngli bayrağımız dalğalanır.

Bu gün Binəqədi rayonu Həsən Cəbrayılov adına 99 nömrəli tam orta  məktəbin Tarix-Diyarşünaslıq Muzeyində əvəzolunmaz SƏRKƏRDƏ İlham Əliyevin doğum gününə həsr olunmuş dəyirmi-masa keçirildi. Məktəbin tarix müəllimi Sayad Rəfiyev cənab Prezidentin həyat və fəaliyyəti haqqında ətraflı məlumat verdi. Şagirdlər Ali Baş Komandanın şəninə  hazırladıqları video-çarxları nümayiş etdirdilər və şeirlər söylədilər.

Biz də öz növbəmizdə 99 nömrəli tam məktəbin müəllim və şagird heyəti adından dövlət başçısını səmimi-qəlbdən təbrik edir,  ona can sağlığı, ölkəmizin inkişafı və xalqımızın rifahı naminə fəaliyyətində uğurlar arzulayırıq.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi