Şəhidlər Muzeyində bir gün

 

          Binəqədi rayon İcra Hakimiyyətinin dəstəyi, Binəqədi rayon Gənclər və İdman İdarəsinin və “Həqiqət” Tarixi Araşdırmalar İctimai Birliyinin birgə təşkilatçılığı Binəqədi rayon Həsən Cəbrayılov adına 99 nömrəli tam orta məkəbin 7 b sinif şagirdləri birliyin foto-sərgisinə baxış keçirmişdir.

          Birliyin sədri Əlövsət Qasımov (Ulu Öndər Heydər Əliyev ona “General Əlibəy” ləqəbi vermişdir) qonaqları İctimai Birliyin Şəhidlər muzeyi ilə tanış edib, Qarabağ müharibəsi zamanı çəkdiyi fotoların tarixindən və cəbhə xatirələrindən danışıb.

         Binəqədi rayon Gənclər və İdman İdarəsinin əməkdaşı Səadət Quliyeva çıxış edərək yeniyetmə və gənclərin vətənpərvərlik tərbiyəsinin formalaşmasında vətəndaş cəmiyyətlərinin rolunun vacib olduğunu bildirmiş və birliyin bu fəaliyyətini yüksək dəyərləndirmişdir.

           Qarabağ həqiqətlərini dünyaya çatdırmaq üçün “Həqiqət” Tarixi Araşdırmalar İctimai Birliyinin aktiv fəaliyyət göstərdiyini deyən birliyin sədri Əlövsət Qasımov, erməni vandalizmini faktlarla sübut etmək üçün bundan sonra da fəaliyyətlərini davam etdirəcəklərini qeyd edib.

          Sonda “Həqiqət” Tarixi Araşdırmalar İctimai Birliyinin sədri, müharibə veteranı Əlövsət Qasımov dəvəti qəbul etdiyinə görə Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinə və Binəqədi rayon Gənclər və İdman İdarəsinə öz təşəkkürünü bildirmişdir.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi