“Sığorta uşaqların gözü ilə” mövzusunda rəsm müsabiqəsi

Azərbaycan Respublikasi Nazirlər Kabinetinin 21 may 2019-cu iI tarixli 354s nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Siğorta sektorunun inkişaf etdirilməsi üçün görülməli işlərlə bağlı Tədbirlər Planı”nın maarifləndirmə və təbliğat-təşviqat tədbirinin icrası məqsədilə Azərbaycan Respublikasının Mərkəzi Bankı İcbari Sığorta Bürosu və Azərbaycan Sığortaçılar Assosasiyası ilə birlikdə genişmiqyaslı layihələr həyata keçirir. Bu layihələr çərçivəsində cari ilin noyabr ayı ərzində “Uşaqlar üçün sığorta” virtual kursu üzrə müsabiqə və “Sığorta uşaqların gözü ilə” mövzusunda rəsm müsabiqəsi elan olunur. Qeyd edək ki, hər ilin noyabr ayı Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən Maliyyə savadlılığı ayı kimi müxtəlif tədbirlərlə qeyd edilir. Müsabiqənin məqsədi məktəbliləri maliyyə savadlılığının bir komponenti olan sığorta anlayışı ilə tanış etmək, onlara sığorta, onun növləri və faydaları haqqında ilkin məlumatları çatdırmaqdır.Bu məqsədlə də Binəqədi rayonu Həsən Cəbrayılov adına 99 nömrəli tam orta məktəbdə “Sığorta uşaqların gözü ilə” mövzusunda rəsm müsabiqəsi keçirildi. Rəsm müsabiqəsində 6-10 yaşında şagirdlər iştirak edə bilərdlər.4a sinif şagirdi Məmmədova Nuray və 4b sinif şagirdi Ərəblinski Duyğu qalib oldu.Qalib rəsmlər Mərkəzi Bank tərəfindən təşkil olunan eyni adlı müsabiqəyə göndərildi.Məmmədova Nuray respublika üzrə keçirilən müsabiqədə qalib oldu.