Aşıq Ələsgər 200

Azərbaycan aşıq sənətinin görkəmli nümayəndəsi, qüdrətli söz ustadı Aşıq Ələsgərin anadan olmasının 200 illiyi münasibətilə şeir müsabiqəsi
Qüdrətli söz ustadı Aşıq Ələsgərin anadan olmasının 200 illiyi münasibətilə Binəqədi rayon Həsən Cəbrayılov adına 99 nömrəli tam orta məktəbdə şeir müsabiqəsi keçirildi.Qalib gələn şagirdlər Binəqədi rayon Gənclər və İdman İdarəsinin təşkil etdiyi eyni adlı müsabiqəyə göndərildi.
Binəqədi Rayon İcra Hakimiyyətinin dəstəyi, Binəqədi rayon Gənclər və İdman İdarəsi və 6 nömrəli Uşaq Gənclər İnkişaf Mərkəzinin birgə təşkilatçılığı ilə 15 dekabr 2021-ci il tarixdə Binəqədi rayon 6 nömrəli Uşaq Gənclər İnkişaf Mərkəzində Azərbaycan aşıq sənətinin görkəmli nümayəndəsi, qüdrətli söz ustadı Aşıq Ələsgərin anadan olmasının 200 illiyinə həsr olunmuş şeir müsabiqəsi keçirilmişdir.
Müsabiqənin keçirilməsində məqsəd Azərbaycan gəncliyi “2017-2021-ci illərdə” Dövlət Proqramından irəli gələn vəzifələrin yerinə yetirilməsi, Azərbaycanın tarixində müstəsna xidmətləri olmuş şəxsiyyətlərin tanıdılması, gənclər arasında Azərbaycan dilinin, tarixinin, mədəniyyət və incəsənətinin təbliği, onların istedad və bacarıqlarının inkişaf etdirilməsi üçün əlverişli şəraitin yaradılmasıdır.
Müsabiqədə Binəqədi rayon Gənclər və İdman İdarəsinin əməkdaşları Səadət Quliyeva, Sahil Hüseynzadə, 6 nömrəli Uşaq Gənclər İnkişaf Mərkəzinin direktoru Ziyat Nəbiyev, Metodiki şöbəsinin müdiri Mahirə Əliyeva, “Bədii-qiraət” dərnəyinin rəhbəri Elnurə Mirzəyeva və Binəqədi rayon orta ümumtəhsil məktəblərinin şagirdləri iştirak etmişdir.
Tədbiri giriş sözü ilə Binəqədi rayon Gənclər və İdman İdarəsinin aparıcı məsləhətçisi Səadət Quliyeva açaraq tədbirin mahiyyəti haqqında geniş məlumat vermişdir. Sonra 6 nömrəli Uşaq Gənclər İnkişaf Mərkəzinin direktoru Ziyat Nəbiyev çıxış edərək müsabiqənin iştirakçılarına uğurlar arzuladı.
Bu müsabiqədə məktəbin 6c sinif şagirdi Nəcəfli Finurə 2-ci yer, 7a sinif şagirdi Mehdiyeva Ayan və Bağırova Məryəm Fərlənməyə layiq görüldülər.
Müsabiqədə qalib gələn və fərqlənən iştirakçılar Binəqədi rayon Gənclər və İdman İdarəsi tərəfindən müvafiq dərəcəli diplom, fərqlənmə diplomu və təşəkkürnamələrlə mükafatlandırılmışlar.