Monitorinq

Dövlətin, cəmiyyətin və təhsilalanların təhsil sisteminə sosial tələbi keyfiyyətli təhsildir. Təhsil sahəsində aparılan bütün islahatların məqsədi məhz onun keyfiyyətinin yüksəldilməsinə nail olmaqdır.
* Təhsilin keyfiyyəti nədir? 
* O, necə müəyyən olunur? 
* Təhsilin keyfiyyətini necə idarə etmək olar? 
Ümumiyyətlə, istənilən sahədə keyfiyyət anlayışı müəyyən olunmuş standartlara uyğunluğu ifadə edir. Obyektin və ya sistemin halını xarakterizə edən parametrlər standarta nə qədər yaxındırsa, keyfiyyət də bir o qədər yüksək hesab olunur. Təhsildə də belədir. Təhsilin keyfiyyəti əldə olunan nəticələrin əvvəlcədən müəyyən olunmuş meyarlara (standartlara) nisbəti ilə müəyyən olunur. Təhsilin keyfiyyətinin müəyyənləşdirilməsində əsas göstərici şagirdin təlim nəticələridir və bu nəticələrin obyektiv qiymətləndirilməsi keyfiyyəti üzə çıxaran etibarlı mənbə hesab olunur. 
10 dekabr 2021-ci il tarixdə Binəqədi rayonu Həsən Cəbrayılov adına 99 nömrəli tam orta məktəbdə IX siniflərarası  monitorinq keçirildi. Şəgirdlərə üç fəndən - Azərbaycan dili və Ədəbiyyat, Riyaziyyat, Xarici dili (İngilis dili) fənnlərindən, A və B variantlarından ibarət, hər biri 25 sual olmaqla testlər paylanıldı. 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi