Xüsusi qayğıya ehtiyacı olan yeniyetmə və gənclər arasında «Bacarıqlı əllər» müsabiqəsi

 

Binəqədi Rayon İcra Hakimiyyətinin dəstəyi, Binəqədi rayon Gənclər və İdman İdarəsi, Binəqədi “Gənclər evi” Sosial Xidmət Müəssisəsinin və “GÜVƏN” Xeyriyyə və Dostluq Cəmiyyətinin birgə təşkilatçılığı ilə 01 dekabr 2021-ci il tarixində 3 Dekabr - "Beynəlxalq Əlillər Günü" ilə əlaqədar xüsusi qayğıya ehtiyacı olan yeniyetmə və gənclər arasında "Bacarıqlı əllər" müsabiqəsi keçirilmişdir. Müsabiqənin keçirilməsində məqsəd “Azərbaycan gəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqramının - 2.1.15. bəndinə uyğun olaraq xüsusi qayğıya ehtiyacı olan gənclərin cəmiyyətə inteqrasiyasının təmin edilməsi üçün şəraitin yaradılmasıdır.

Tədbirdə Binəqədi Rayon Gənclər və İdman İdarəsinin rəisi Namiq Tarverdiyev, Binəqədi “Gənclər evi” sosial xidmət müəssisəsinin direktoru Zeynal Rəşidli, “GÜVƏN” Xeyriyyə və Dostluq Cəmiyyətinin sədri Nigar Bayramlı, “Vətəndaşların Sosial Rifahı Naminə” İctimai Birliyin sədri İradə Rzazadə və xüsusi qayğıya ehtiyacı olan gənclər iştirak etmişdir.

Tədbiri giriş sözü ilə açan Binəqədi rayon Gənclər və İdman İdarəsinin rəisi Namiq Tarverdiyev əlil insanlara göstərilən dövlət qayğısından, yaradılan şəraitdən və Binəqədi rayon Gənclər və İdman İdarəsi tərəfindən həyata keçirilən tədbirlərdən danışdı. N.Tarverdiyev bu cür tədbirlərin keçirilməsində əsas məqsədin əlilliyi olan şəxslərin cəmiyyətə inteqrasiyası təmin etmək, bacarıqlarının üzə çıxarılması və dəstəklənməsindən ibarət olduğunu qeyd etdi.

Sonra, “Vətəndaşların Sosial Rifahı Naminə” İctimai Birliyin sədri İradə Rizazadə və “GÜVƏN” Xeyriyyə və Dostluq Cəmiyyətinin sədri Nigar Bayramlı çıxış edərək, tədbirin təşkil olunub keçirilməsinə görə Binəqədi Rayon İcra Hakimiyyətinə və Binəqədi rayon Gənclər və İdman İdarəsinə öz minnətdarlıqlarını bildirdilər.

Bu tədbirdə Binəqədi rayonu Həsən Cəbrayılov adına 99 nömrəli tam orta məktəbin köməkçi sinif şagirdləri Rüstəmzadə Əkbər Rüstəm oğlu, Tağıyev Ramiz Emil oğlu, Al-Obaidi Onur  Qahtan, Əhmədli Aygül Əfqan qızı iştirak etmişdir. Onlar rəsm bacarıqlarını və əl qabiliyyətlərini nümayiş etdirdilər.

Tədbirin sonunda xüsusi qayğıya ehtiyacı olan şagirdlərə diplomlar və müxtəlif hədiyyələr təqdim olunmuşdur.

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi