Konstitusiya və Milli Dirçəliş Gününə həsr olunan Dəyirmi-masa

Konstitusiyası olmayan dövlət müstəqil dövlət sayıla bilməz!
12 noyabr Konstitusiya Gününün  xalqımızın, 30 il öncə müstəqilliyini əldə edən dövlətimizin tarixində mühüm yeri var. Çünki müstəqil dövlət kimi varolmanın əsas şərtlərindən biri məhz Ana Yasa-Konstitusiyadır.
Keçmiş sovetlər dövründə Konstitusiyamız olsa da o, formal xarakter daşıyırdı. Amma o da tam deyildi, mükəmməl Konstitusiyaya ehtiyac duyulurdu. Bu səbəbdən də təşəbbüsçüsü, müəllifi Ulu Öndər olan Heydər Əliyevin rəhbərliyi ilə Konstitusiya layihəsi hazırlandı. O, bir neçə ay ərzində geniş müzakirələrdən keçirildi və  nəhayət 1995-ci ilin noyabrın 12-də ümumxalq referendumuna çıxarılaraq, qəbul olundu, birmənalı dəstəkləndi.
1996-cı ildə də 12 noyabr Heydər Əliyevin Sərəncamı ilə Konstitusiya Günü kimi rəsmi bayramlarımız sırasına daxil edildi və 25 ildir ki, bu günü Konstitusiya Günü kimi qeyd edirik.
...17 noyabr Milli Dirçəliş Günündən isə hesab edirəm ki, geniş danışmağına dəyməz. Çünki bu tarixi anlar 1988-ci ilin "Meydan", "Milli-azadlıq hərəkatı", "noyabr günləri" hamımızın gözləri qarşında baş verib, yaşanıb. Böyük əksəriyyətimiz həmin tarixi günlərin, noyabr hadisələrinin şahidləri və iştirakçıları olmuşuq. Məhz həmin günlərdə xalqımızın ikinci müstəqilliyinə gedən yolun əsası, başlanğıcı qoyuldu və cəmi 3 ildən bu yol öz hədəfinə çatdı. 
Azərbaycan 1991-ci ilin avqustunda ikinci müstəqilliyinə qovuşdu. Odur ki, 1992-ci ildə 17 noyabr Milli Dirçəliş Günü elan edildi və rəsmi bayramlarımız sırasında yerini aldı. 29 ildir həmin günü Milli Dirçəliş Günü kimi qeyd edir və bununla fəxr edirik.
Hər iki əlamətdar gün ilə əlaqədar olaraq Binəqədi rayonu Həsən Cəbrayılov adına 99 nömrəli tam orta məktəbdə Tarix Diyarşünaslıq Muzeyində məktəbin tarpx müəllimi Sayad Rəfiyevin rəhbərliyi ilə dəyirmi-masa keçirildi. Dəyirmi-masada 6C sinif şadirdləri də iştirak edirdi. Sayad müəllim hər iki tarixi gün haqqında şagirdlərə məlumat verdi. Şagirdlər hazırladıqları məruzələri ilə çıxış edib, şeirlər söylədilər.
Ey ululardan ulu  Azərbaycanım! Səni və xalqımızı hər iki əlamətdar tarixlə, möhtəşəm günlə bağlı təbrik edirik. Bayrağın uca, yenilməz, Konstitusiyan əbədi-işlək, Dirçəlişin dönməz olsun deyirik!

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi