Cemalettin Özdemir Tarix-Diyarşünaslıq muzeyində

Almaniya "Türk Tarixi və Mədəniyyətləri" muzeyi müdürü Cemalettin Özdemir  Binəqədi rayonu Həsən Cəbrayılov adına 99 nömrəli tam orta məktəbdə yerləşən Tarix-Diyarşünaslıq muzeyində olub. O, Tarix-Diyarşünaslıq muzeyinə internet vasitəsilə baxış keçirmiş və onunla ətraflı maraqlanmışdır. 
...Tarix-Diyarşünaslıq muzeyi Qərbi Azərbaycanda yeganə Türk muzeyidir. Bu muzey deportasiya olunmuş azərbaycanlıların məktəblərdə yaradılan ilk və tək muzeyi olduğuna görə, onun diqqətini cəlb etmişdir. 
Cemalettin Özdemir  muzeyin yaradıcısı, məktəbimizin tarix müəllimi Sayad Rəfiyevlə əlaqə qurmuş və muzeyə baş çəkmişdir. O, səfər zamanı muzeyi çox bəyəndiyini bildirmiş və muzey rəhbərini əməkdaşlığa dəvət etmişdir. Qonaq muzeylə bağlı təəssüratlarını muzeyin xatirə kitabında qeyd etmiş və sonda xatirə şəkli çəkdirilmişdir.

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi