Zəfər gününə həsr olunmuş müsabiqələr

8 noyabr Zəfər günü ilə bağlı Binəqədi rayonu Həsən Cəbrayılov adına 99 nömrəli tam orta məktəbdə “Zəfərin mübarək, Vəztən!”, “Qələbəyə gedən yol” mövzularında inşa, rəsm və şeir müsabiqələri keçirildi. Qalib gələn şagirdlər Binəqədi Gənclər və İdman İdarəsi tərəfindən təşkil olunan eyniadlı müsabiqələrə göndərildi.
Məktəbin 6D sinif şagirdi Banu Telman qızı Ərəblinski şeir və rəsm müsabiqəsində “Fərqlənmə”yə, 9B sinif şagirdi Abbaslı Nəzrin isə 3-cü yerə layiq görüldü.