Şəhidlər Xiyabanında

Şagirdlərdə Vətənə məhəbbət hissinin daha da möhkəmləndirilməsi və həqiqi vətənpərvərlik məzmununun onlara düzgün aşılanması məhz ibtidai sinifdən başlayır.
...Tarixi keçmişə nəzər salsaq görərik ki, bütün müharibələr dağıntılar, insan ölümləri və faciələrlə müşayiət olunur. Təəsüflər olsun ki, müharibə itkisiz olmur və azadlıq qurbanlar tələb edir. Elə buna görə də Azərbaycanın mərd oğulları torpaqlarımızın azadlığı üçün, Vətənimizin illərdir düşmən tapdağından xilas olması üçün canından keçdilər. Məhz onların canları, qanları hesabına Azərbaycanın əzəli torpaqları bərpa edildi. Vətənin azadlığı uğrunda canından keçərək, ŞƏHİDlik zirvəsinə ucalan ŞƏHİDlərimiz Bakının ən uca yerində - Şəhidlər Xiyabanında uyuyurlar.
Tədbirlər Planına əsasən məktəblilərin Şəhidlər Xiyabanına təşkil olunan ziyarətləri böyük əhəmiyyət daşıyır. Bu məqsədlə, Binəqədi rayonu Həsən Cəbrayılov adına 99 nömrəli tam orta məktəbin ibtidai sinif müəllimi Bahar Abbasova rəhbəri olduğu 1“C” sinf şagirdləri ilə birlikdə Şəhidlər Xiyabanını ziyarət etdilər. Şagirdlər xalqımızın azadlığı uğrunda şəhid olan qəhrəman Vətən övladlarının xatirəsini yad edərək, ŞƏHİDlərin məzarları üzərinə tər qərənfillər düzdülər.
Vətənimizin müstəqilliyi, suverenliyi və azadlığı uğrunda şəhid olanların əziz xatirəsi qəlblərdə əbədi yaşayacaq.