ZƏFƏRİN MÜBARƏK, AZƏRBAYCAN!!!

Zəfər Günü — 8 noyabr 2020-ci il, Qarabağa qovuşduğumuz, Azərbaycanda İkinci Qarabağ müharibəsində qələbə şərəfinə qeyd edilən gün! Bu, Böyük Qələbə Günüdür! Şanlı tariximizə daxil olan Zəfər günüdür!. Qarabağ münaqişəsinə xalqımızın zəfəri ilə NİDA! qoydulğu gündür!
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2020-ci il 3 dekabr tarixli Sərancamı ilə xalqımızın qüdrətinin və milli qürurumuzun təntənəsinə çevrilən, dövlətimizin nüfuzu və gələcək inkişafı baxımından müstəsna əhəmiyyət kəsb edən bu misilsiz qələbənin əbədiləşdirilməsi məqsədilə hər il noyabrın 8-i Azərbaycan Respublikasında “Zəfər Günü” kimi təntənəli şəkildə qeyd edilməsi qərara alınmışdır.
Sentyabrın 27-dən başlayan, 44 gün davam edən və Dağlıq Qarabağ da daxil olmaqla, işğal altındakı ərazilərimizin qaytarılması ilə nəticələnən Vətən Müharibəsi tariximizin ən parlaq səhifəsinə, Azərbaycan xalqının iftixar və qürur mənbəyinə çevrildi.
Azərbaycan xalqı öz liderinin - müzəffər Ali Baş Komandan İlham Əliyevin ətrafında sıx birləşərək, bütün dünyaya öz gücünü, mətinliyini, mübarizliyini nümayiş etdirdi.
...Biütün müharibələrdə əsas sözü xalq və onun ordusu dediyi kimi, uğurlu zəfərlərdə sərkərdənin də çox böyük rolu olur. Bu gün Azərbaycan xalqı hansı səviyyədə uğurlu sərkərdəyə - Ali Baş Komandana sahib olduğunu aşkar gördü.
44 gün sürən hərbi əməliyyatlar nəticəsində rəşadətli Azərbaycan ordusu tərəfindən Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı şəhərləri, Zəngilan rayonunun Mincivan, Ağbənd, Bartaz qəsəbələri, Xocavənd rayonunun Hadrut qəsəbəsini və bir çox kəndləri, Tərtər rayonunun Suqovuşan kəndi, Xocalı və Laçın rayonlarının bir neçə kəndləri daxil olmaqla, ümumilikdə, 300-dən çox yaşayış məntəqəsi, o cümlədən Ağdərə, Murovdağ və Zəngilan istiqamətlərində mühüm strateji yüksəkliklər işğaldan azad edilmişdir.
Noyabrın 8-də 28 illik həsrətdən sonra Azərbaycan xalqı üçün böyük əhəmiyyət kəsb edən və rəmzi məna daşıyan Şuşa şəhəri işğaldan azad edilmişdir. Qarabağın tacı olan Şuşa şəhərinin azad edilməsi dünya hərb tarixinə düşəcək unikal hərbi əməliyyatlardan olmuşdur.
Bu gün Binəqədi rayonu Həsən Cəbrayılov adına 99 nömrəli tam orta məktəbdə ilk dərs “Zəfər Günü” nə həsr edildi. Məktəbin Akt zalında bu əlamətdar gün ilə bağlı tədbir keçirildi. Tədbirə ŞƏHİDLİK zirvəsinə ucalmış Binəqədi rayon şəhidlərinın - Fərid Məhərrəmovun, Vüsal Məmmədovun, Nicat Mustafayevin, İmran Əliyevin və Ramin Quliyevin valideynləri, QAZİlərimiz - Turqut Bayramov və Faiq Hacizadə dəvət olunmuşdu.
Azərbaycan Respublikasının Dövlət Himni ilə başlanan tədbirdə ilk söz məktəbin direktoru Ofelya Məmmədovaya verildi. Öz çıxışı ilə tədbiri açıq elan edən Ofelya xanım 44 günlük Vətən müharibəsindən danışaraq, vətən yolunda canından keçmiş ŞƏHİDlərimizə Allahdan rəhmət, QAZİlərimizə isə cansaqliqi arzuladı.
Məktəbimizin tarix müəllimləri - Sayad Rəfiyev və Tahirə Bayramova da çıxış edərək, 44 günlük Vətən müharibəsində qazandığımız uğurlardan danışdı və təsviri incəsənət müəllimi Şəhla İmaməliyevanın ŞƏHİDlərimizə həsr olunmuş. əl işləri nümayiş olundu.
Tədbirdə Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin 44 günlük Vətən Müharibəsi zamanı verdiyi Qələbə sevincinin video-çarxı izlənildi. ŞƏHİD Xudayar Yusifzadənin ifasında “Vətən yaxşıdır” mahnısının sədaları altında şagirdlər Zəfər Gününə aid şeirlər söylədi.
Sonda ŞƏHİD ailələri və QAZİlərimizlə xatirə şəkilləri çəkdirildi. Məktəbimizin Tarix və Diyarşünaslıq Muzeyində ŞƏHİD valideynləri və QAZİlərimiz Zəfər Günü ilə bağlı açılmış bayram süfrəsinə dəvət edildi.