Şəhidlər Xiyabanı and yerimizdir

Şəhidlik ölümlərin ən şərəflisidir! Şəhidi olmayan xalq torpaq məhəbbətindən, yurd sevgisindən məhrumdur! Allahın insanlara göndərdiyi müqəddəs "Qurani-Kərim”də belə buyurulur: "Şəhidlərə ölü deməyin, onlar diridirlər!

Bakının ən uca yerində bir xiyaban var - Şəhidlər Xiyabanı! Burada Vətənimizin müstəqilliyi, xalqımızın azadlığı, sərhədlərimizin bütövlüyü uğrunda canlarını fəda etmiş mərd bacı və qardaşlarımız uyuyurlar.

Zaman ötür, fəsillər dəyişir, illər əsrlərə, əsrlər minilliklərə çevrilir, tarixə dönür. Zamanın gedişində bir çox tarixi hadisələr baş verir. Bəzi tarixi hadisələr müəyyən dövrdən sonra yaddan çıxır, unudulur. Lakin elə zaman, tarixi hadisələr var ki, heç vaxt unudulmur. Nəsillər bir-birini əvəz etdikcə bu tarixi gün daha çox xatırlanır, insanların yolunu işıqlı bir zirvəyə doğru aparır. Bu zirvə ən ali, müqəddəs və şərəfli olan “Şəhidlik Zirvəsi”dir. Çünki şəhidlər uca Yaradanın, Vətənin, millətin yolunda şüurlu surətdə canlarını fəda edən insanlardır. Bu cür insanlar yüksək əxlaqi keyfiyyətə malik olmaqla, qəlblərində Allaha, Vətənə, millətə sevgisi oldugu üçün sonda Allahın rizasını qazanaraq, şəhadət mərtəbəsinə ucalırlar.

Bu gün Binəqədi rayonu Həsən Cəbrayılov adına 99 nömrəli orta məktəbin ibtidai sinif müəllimi Qəniyeva Gülər rəhbəri olduğu  2“C” sinif  şagirdləri ilə birlikdə Azərbaycanın ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə həlak olan oğul və qızlarımızın uyuduğu Şəhidlər Xiyabanında olmuşlar. Şagirdlər burada şeirlər söyləmiş, Vətən müharibəsində şəhidlik zirvəsinə ucalmış qəhrəmanların döyüş yolu haqqında danışmış və onların məzarı üstünə tər qərənfillər düzmüşlər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi