“18 oktyabr – Müstəqilliyimizin bərpası” günü

2021-ci il oktyabrın 18-də Azərbaycan Resbpublikasının müstəqilliyinin bərpa edilməsinin 30 ili tamam olur. Azərbaycan xalqı 1991-ci ildən sonar ilk dəfə bu bayramı tam fərqli olaraq, öz ərazi bütövlüyünü bərpa etmiş qalib xalq kimi qeyd edir. Bu baxımdan, dövlətçilik tariximizdə müstəsna, əhəmiyyətli mərhələlərin, xüsusən də müstəqilliyin bərpa edilməsi və bərpası kimi tarixi günlərin, onların mahiyyəti və məzmununa uyğun, daha dəqiq ifadə olunması böyük önəm kəsb edir.
Cənab Prezident İlham Əliyevin sərəncamı ilə hər il 28 May “Müstəqillik Günü” və 18 oktyabr – “Müstəqilliyin Bərpasl günü” adlandırılacaq və bayram kimi qeyd ediləcək.
Binəqədi rayonu Həsən Cəbrayılov adına 99 nömrəli tam orta məktəbdə “18 oktyabr – Müstəqilliyin bərpası günü” adlı ədəbi-bədii gecə keçirildi.
Tədbiri məktəbin direktoru Ofelya Məmmədova açdı. Tarix-Diyarşünaslıq Muzeyinin yaradıcısi, tarix müəllimi Rəfiyev Sayad günün tarixi haqqında ətraflı məlumat verdi.
Bədii gecədə şagirdlərin ifasında şeirlər səsləndirildi, rəqslər nümayiş etdirildi.
7“A” sinif şagirdi Muradın ifasında “Qarabağ, can Qarabağ” adlı xalq mahnısı dinləyiciləri feyziyab etdi. Sonda “Azərbaycan” mahnısının sədaları altında şagirdlər səhnədə bayraqları dalğalandırdılar.